Ucnoqta.az
www.ucnoqta.az

Sabah YAP prezidentliyə namizədini irəli sürəcək

10:11 - 14 Dekabr 2023 tarixində dərc olunub.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin dekabrın 15-də genişləndirilmiş iclası keçiriləcək.

“Report”un xəbərinə görə, Heydər Əliyev Mərkəzində keçiriləcək tədbir saat 10:00-da başlayacaq.

İclasda fevralın 7-ə təyin edilmiş növbədənkənar prezident seçkilərində hakim partiyanın namizədinin müəyyən edilməsi gözlənilir.

Müəllif: Ucnoqta.az redaksiyası