"Espanyol"un sabiq futbolçusu Varqas Messinin köynəyinin yuyulmasına icazə verməyib
Ucnoqta.az xəbər verir ki, İspaniyanın "Espanyol" klubunun keçmiş futbolçusu, hazırda Çinin "Şanxay Portu"nda çıxış edən Matias Varqas "Fox Sports"a müsahibəsində "Barselona"nın keçmiş kapitanı Lionel Messinin çirkli köynəyi ilə yatdığını deyib.
“İki-üç ay Messinin köynəyinin yanında yatdım, o, yastığımın yanında idi. Olduğu kimi çirkli. Mən ona qarşı oynadım və formaları dəyişdirdik. Anam dedi: “İcazə ver, camaşırı yuyum. Mən ona dedim ki, ona toxunma”, - yarımmüdafiəçi bildirib.
Varqas “Espanyol”da oynayıb və 2020-ci ilin yanvarında “Barselona” ilə 2-2 oyunundan sonra Messi ilə forma dəyişdirib.