Ucnoqta.az
www.ucnoqta.az

Gürcüstandan gətirilən xeyli pirotexniki vasitə aşkarlanıb - Foto

11:27 - 13 Dekabr 2023 tarixində dərc olunub.

Daxil olmuş əməliyyat məlumatı əsasında, Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstan Respublikasından ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib. Məlumata görə, baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerində ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən 32.472 ədəd müxtəlif adda pirotexniki vasitə və 70 ədəd ratsiya aşkar edilib.

Müəllif: Ucnoqta.az redaksiyası