Ucnoqta.az
www.ucnoqta.az

Hindistanlı milyarder Londonun ən bahalı malikanəsini alıb

08:08 - 13 Dekabr 2023 tarixində dərc olunub.

Hindistanlı milyarder Adar Poonavalla Londonun ən bahalı malikanəsini alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti yazıb.

Hyde Park yaxınlığındakı Mayfairdə yerləşən, alınmış Aberconway House malikanəsinin dəyəri təxminən 138 milyon funt sterlinqdir. Ümumi sahəsi 2,3 min kvadratmetr olan bina ötən əsrin 20-ci illərində tikilib.

“Peyvənd şahzadəsi” adlandırılan Poonavalla 2011-ci ildə dünyanın ən böyük peyvənd istehsalçısı olan Hindistan Serum İnstitutunun rəhbərliyini ələ keçirib. Orada Oxford-AstraZeneca peyvəndinin yüz milyonlarla dozası istehsal edilib. İki il əvvəl Poonavalla Oksford Universitetinə öz şirkətinin tədqiqat binasının tikintisinə kömək etmək üçün 50 milyon funt sterlinq ayırmışdı.

Müəllif: Ucnoqta.az redaksiyası