Amerika Birləşmiş Ştatları Rusiya Federasiyası üçün sanksiyalar siyahısını genişləndirərək onlarla fiziki və hüquqi şəxsi əlavə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir. Siyahıda Rusiya, Çin, Pakistan, Koreya Respublikası və Türkiyə vətəndaşları var.
ABŞ sanksiyalar siyahısına Rusiyanın Expobankını, Rusiyanın qızıl hasilatı şirkəti Highland Gold və onun sahibi Vladislav Sviblovu da əlavə edib.