Ucnoqta.az
www.ucnoqta.az

Döyülən futbol hakimi karyerasını bitirmək qərarına gəlib

12:30 - 12 Dekabr 2023 tarixində dərc olunub.

Türkiyəli referi Halil Umut Meler ölkə çempionatının 15-ci turu çərçivəsində keçirilən "Ankaragücü" - "Rizespor" matçında baş verən döyülmə hadisəsindən sonra karyerasını başa vuracağını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “A Spor” məlumat yayıb.

Nəşrin yazdığına görə, Mehler xəstəxanada onu ziyarət edən idman rəsmilərinə təqaüdə çıxdığını elan edərək:

"Artıq bəsdir" - deyib.

Dekabrın 11-də Ankaragücü klubunun prezidenti Faruk Koca Halil Umut Melərə hücum edib. İlk zərbədən sonra hakim qazona yıxılıb və daha bir neçə zərbə alıb. Hakim özü ayağa qalxa bilib. Sol gözünün altında qançır var idi. O, hakim otağında müalicə olunub. 

Müəllif: Ucnoqta.az redaksiyası