Ucnoqta.az
www.ucnoqta.az

İtkin düşən 750 min avroluq brilyant üzük tozsoronın içərisində tapılıb

14:14 - 11 Dekabr 2023 tarixində dərc olunub.

Parisdə itən 750 min avro dəyərində brilyant üzük tozsoranın içərisində tapılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail yazıb. Məlumata görə, Parisin elit otellərindən birində bahalı üzüyü malayziyalı sahibə itirib. İtki aşkar edən qadın yerli polisə müraciət edib. Turist ifadəsində qızıl-zinət əşyalarını otağına qoyub alış-verişə getdiyini, qayıdanda isə qızıl-zinət əşyalarının artıq olmadığını bildirib.

Otel üzük və ya müştəri ilə bağlı təfərrüatları açıqlamasa da, itkin zinət əşyalarının elə həmin gün tapıldığını bildirib. O, tozsoranın içərisində tapılıb. Qadın Londona uçduğuna görə, turist hələ də əmlakını geri almayıb. Üzük polis nəzarətindədir.

Müəllif: Ucnoqta.az redaksiyası