Ucnoqta.az
www.ucnoqta.az

Nazirlik qəsəbələrdə qanunsuz tikililəri sökür -  VİDEO

10:56 - 11 Dekabr 2023 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Bakı şəhəri, Xəzər rayonunun Qala və Buzovna qəsəbələri ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Xəzər Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

Müəllif: Ucnoqta.az redaksiyası