Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini elan edib.
Ucnoqta.az xəbər verir ki, layihələrin qəbulu bu gün saat 23:59-da başa çatır.
Hər 3 müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2023-cü il noyabrın 10-də başlanılıb. Müraciət üçün son tarix 10 dekabr 2023-cü ildir.
Qeyd edək ki, müsabiqənin nəticələri 2024-cü ilin fevralında elan olunacaq.