Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan Rumıniyaya yeni səfir təyin edib - SƏRƏNCAM

12:18 - 9 Dekabr 2023 tarixində dərc olunub.

Hüseyn Nizami oğlu Nəcəfov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Qüdsi Dursun oğlu Osmanov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Müəllif: Ucnoqta.az redaksiyası