Ucnoqta.az
www.ucnoqta.az

Məhərrəm Əliyev vəzifəsindən azad edildi

12:00 - 9 Dekabr 2023 tarixində dərc olunub.

Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Ucnoqta.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Müəllif: Ucnoqta.az redaksiyası