Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda 2024-cü ilin qeyri-iş günləri AÇIQLANDI

11:51 - 9 Dekabr 2023 tarixində dərc olunub.

Azərbaycanda 2024-cü ilin qeyri-iş günləri açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarda əksini tapıb.

Qərara əsasən, 2024-cü il martın 20,21,22,23,24-ü Novruz bayramı, aprelin 10,11-i Ramazan Bayramı, iyunun 16,17-si Qurban bayramı müəyyən edilib.

Əmək Məcəlləsinə əsasən, yuxarıda nəzərdə tutulan günlər iş günü hesab edilmir.

Müəllif: Ucnoqta.az redaksiyası