Ucnoqta.az
www.ucnoqta.az

Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə gedib

18:56 - 4 Dekabr 2023 tarixində dərc olunub.

Dekabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.

Bu barədə Ucnoqta.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər zamanı onun tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Müəllif: Ucnoqta.az redaksiyası