Ucnoqta.az
www.ucnoqta.az

Ana həbsdə olan oğluna telefon ötürmək istədi

16:13 - 4 Dekabr 2023 tarixində dərc olunub.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatı keçirilməsinin qarşısı alınıb. 

Xidmətdən verilən xəbərə görə, məhkum Fərid Adbala oğlu Məhərrəmova anası Pürüzə Balamməd qızı Məhərrəmovanın gətirdiyi sovqatdakı paltonun cibində gizlədilmiş 1 ədəd “İphone” markalı mobil telefon aparatı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır. 

Müəllif: Ucnoqta.az redaksiyası