Ucnoqta.az
www.ucnoqta.az

Nazim Əfəndiyev vəzifəsindən istefa verib

15:11 - 4 Dekabr 2023 tarixində dərc olunub.

Nazim Əfəndiyev Rusiyanın iri “Metalloinvest” şirkətinin baş direktoru vəzifəsini tərk edir.

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, şirkətin direktorlar şurasına rəhbərlik edəcək.

“Metalloinvest”in əməliyyat fəaliyyətini müvəqqəti olaraq təyin edilmiş Oleq Krestinin idarə edəcək. 

Xatırladaq ki, Əfəndiyev Nazim Tofiq oğlu 1963-cü ilin aprelin 16-ı Bakıda anadan olub.

Müəllif: Ucnoqta.az redaksiyası