Ucnoqta.az
www.ucnoqta.az

22 ildən sonra Kuba prezidenti İrana gəldi

11:55 - 4 Dekabr 2023 tarixində dərc olunub.

Kuba prezidenti Migel Diaz-Kanel Tehrana rəsmi səfərə gəlib.

Ucnoqta.az İRNA-ya istinadən xəbər verir ki, İran prezidenti İbrahim Rəisi ilə Diaz-Kanel arasında görüş Tehranın şimalındakı Saadabad mədəniyyət kompleksində başlayıb.

Qeyd edək ki, bu, 22 ildən artıq müddətdə ilk belə səfərdir. Əvvəlki dəfə Fidel Kastro 2001-ci ildə Tehrana səfər etmişdi.

Müəllif: Ucnoqta.az redaksiyası