Ucnoqta.az
www.ucnoqta.az

Məktəbdə şagirdin xəsarət alması faktı araşdırılır - Baş Prokurorluq

15:16 - 27 Noyabr 2023 tarixində dərc olunub.

Bakının Sabunçu rayonunda yerləşən 90 nömrəli tam orta məktəbdə 2-ci sinif şagirdinin xəsarət alması faktı üzrə Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Bu barədə Ucnoqta.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hadisənin səbəbi və baş vermə şəraiti ətraflı araşdırılmaqla nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul olunması təmin ediləcək.

Müəllif: Ucnoqta.az redaksiyası