Ucnoqta.az
www.ucnoqta.az

Yanğında dünyasını dəyişən şəxsin ölüm səbəbi açıqlandı

09:44 - 23 Noyabr 2023 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, bu gün Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında yanğın baş verib. Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib. 

Ucnoqta.az xəbər verir ki, News24.az əldə etdiyi məlumata görə, həmin şəxs ürəktutmasından vəfat edib.

Müəllif: Ucnoqta.az redaksiyası