Ucnoqta.az
www.ucnoqta.az

Sabah bəzi ərazilərdə qaz təchizatı dayandırılacaq

23:20 - 22 Noyabr 2023 tarixində dərc olunub.

Sabah Bakının bəzi ərazilərində qaz təchizatı məhdudlaşdırılacaq.

Ucnoqta.az“Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, “Tbilisi prospekti” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar qeyd olunan kəmərdə 23.11.2023-cü il tarixdə saat 09:30-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

Bildirilib ki, təmir işləri görülən müddətdə Binəqədi rayonunun 6-cı və 9-cu mikrorayonlarının, "Xutor" yaşayış massivinin, M.Rəsulzadə qəsəbəsinin isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Müəllif: Ucnoqta.az redaksiyası