Zərdab Rayon Polis Şöbəsinə rayonun Böyük Dəkkə kəndinin çöllük ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olan məlumatla əlaqədar dərhal şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd "Makarov" markalı tapança, 1 ədəd sandıqça və 8 ədəd patron aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.