Ucnoqta.az
www.ucnoqta.az

HƏMAS Livandakı komandirlərindən birinin öldüyünü təsdiqləyib - KIV

07:46 - 22 Noyabr 2023 tarixində dərc olunub.

Fələstinin radikal HƏMAS hərəkatı Livandakı komandirlərindən birinin öldüyünü təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, İzzəddin Əl-Qəssam Briqadalarının (HƏMAS-ın hərbi qanadı) komandir müavini Xəlil Xərraz həlak olub. Livan mediası daha əvvəl onun hərəkatın digər üç yüksək vəzifəli üzvü ilə birlikdə İsrailin atəşi nəticəsində öldürüldüyünü bildirmişdi.

Müəllif: Ucnoqta.az redaksiyası