Ucnoqta.az
www.ucnoqta.az

İcra Hakimiyyətində əməliyyat: Saxlanılan şəxsin adı məlum olub

12:14 - 21 Noyabr 2023 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

“Unikal” xəbər verir ki, korrupsiya ilə əlaqəli qanun pozuntuları barədə keçirilən əməliyyat zamanı  Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Mirqasım Mirişli saxlanılıb.

Qeyd edək ki, M.Mirişli Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı İradə Gülməmmədovanın kadrıdır.

11:11

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Ucnoqta.az xəbər verir ki, korrupsiya ilə əlaqəli qanun pozuntuları ilə bağlı keçirilən əməliyyat zamanı saxlanılanlar var.

Baş Prokurorluğun Mətbuat xidmətindən faktı təsdiq ediblər.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası