Ucnoqta.az
www.ucnoqta.az

Anar müəllim kimi məsləhət bilibsə, ev ona verilib - AYB-nin katibi

12:45 - 20 Noyabr 2023 tarixində dərc olunub.

Anar müəllim kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib.

Ucnoqta.az xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli deyib.

Onun sözlərinə görə, Yazıçılar Birliyinə 250 nəfər ev üçün müraciət edib və Anar müəllim kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib:

"Bu şəxslərin sırasında əvvəldən ev növbəsi gözləyənlər də, yeni müraciət edənlər də var".

"Həmin ev bölgüsü prosesində iştirak etməmişəm. Düşünürəm ki, ev bölgüsü kimin evinin olub-olmaması prinsipi ilə aparılıb",- E.Hüseynbəyli vurğulayıb.

Qeyd edək ki, ötən həftə 21 nəfər yaradıcı adama ev verilib. Bu isə yazıçılar arasında narazılığa səbəb olub. Onlar iddia edirlər ki, ev bölgüsü obyektiv həyata keçirilməyib. Hətta 1-2 evi olan şəxslərə yenidən evlər verildiyi də səsləndirilən iddialar arasındadır.

Müəllif: Ucnoqta.az redaksiyası