Ucnoqta.az
www.ucnoqta.az

Rusiya "Eurovision" qalibini axtarışa verdi - FOTO

11:10 - 20 Noyabr 2023 tarixində dərc olunub.

Rusiya Daxili İşlər Nazirliyi ukraynalı müğənni Camalanı (Susana Camaladinova) axtarışa verib.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, sənətçi Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib, lakin məlumat bazasında hansının olduğu göstərilməyib.

O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsi ilə (“Rusiya Silahlı Qüvvələrinin tətbiqi ilə bağlı bilərəkdən yalan məlumatın açıq şəkildə yayılması”) ilə başlanmış cinayət işi üzrə ittiham olunur. Cinayət təqibinə səbəb onun 2022-ci ildə dərc olunan Buça hadisələri ilə bağlı yazısı olub.

Camala 2016-cı ildə Eurovision Mahnı Müsabiqəsinin qalibi olub.

Müəllif: Ucnoqta.az redaksiyası