Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan nefti bahalaşdı

11:57 - 18 Noyabr 2023 tarixində dərc olunub.

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,67 ABŞ dolları, yaxud 2% artaraq 83,67 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 ABŞ dolları olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 ABŞ dollarına satılıb.

Müəllif: Ucnoqta.az redaksiyası