Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda son doqquz ayda ölüm halları azalıb

19:06 - 17 Noyabr 2023 tarixində dərc olunub.

Bu ilin doqquz ayında ölkədə 45016 ölüm halı qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə bu göstərici azalaraq 6,1-dən 5,9-a düşüb.

Müəllif: Ucnoqta.az redaksiyası