Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda nikahlar azalıb, boşanmalar artıb

18:24 - 17 Noyabr 2023 tarixində dərc olunub.

Azərbaycanda nikahlar azalıb, boşanmalar artıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin oktyabrın 1-i vəziyyətinə 39 134 nikah və 16 226 boşanma halları qeydə alınıb.

Qeyd edilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 6,0-dan 5,1-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.

Müəllif: Ucnoqta.az redaksiyası