Ucnoqta.az
www.ucnoqta.az

“Final” şəhid xanımları üçün təşkil olunan layihəni dəstəklədi - FOTO

17:10 - 15 Noyabr 2023 tarixində dərc olunub.

8 noyabr- Zəfər günü münasibətilə “Park Bulvar” AVM-də şəhid xanımları üçün “Zəfərə Zərif” layihəsi təşkil edilib.

“Final” çay markasının dəstəyi ilə “Müasir Psixalogiya Mərkəzi” ilə əməkdaşlıq çərçivəsində baş tutan layihədə şəhid xanımlarına 1 ay ərzində müxtəlif sənət mərkəzlərində və atelyelərdə təlimlər keçirilib. Burada xanımlar toxuculuq, rəssamlıq və həmçinin müxtəlif sənət nümunələrinin hazırlanması öyrədilib.

Təlimlərin sonunnda “Park Bulvar” AVM-də xanımlar tərəfindən hazırlanan əl işlərindən ibarət sərgi keçirilib.

Tədbir çərçivəsində ziyarətçilər “Final” çayına qonaq olublar.

Sonda sərgidə əl işlərini nümayiş etdirən şəhid xanımlarına “Final” çay markasından hədiyyələr təqdim edilib.

 




Müəllif: Ucnoqta.az redaksiyası