Ucnoqta.az
www.ucnoqta.az

Xankəndidə partlayışda yaralanan 44 erməni ölüb

16:48 - 15 Noyabr 2023 tarixində dərc olunub.

Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış zamanı ölən ermənilərin sayı artıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Ermənistanın tibb mərkəzlərində Qarabağdan olan 44 yaralı erməni ölüb, daha 87 nəfərin müalicəsi davam etdirilir.

Ölənlərin əksəriyyəti Xankəndi yaxınlığında yanacaq çəninin partlaması nəticəsində həlak olub.

160 xəstə xəstəxanalardan buraxılıb, 19 nəfər xaricdə müalicə olunur.

Müəllif: Ucnoqta.az redaksiyası