Ucnoqta.az
www.ucnoqta.az

ABŞ səfiri Azərbaycan-Ermənistan sərhədinə gedib

13:43 - 15 Noyabr 2023 tarixində dərc olunub.

ABŞ-ın Ermənistandakı səfiri Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyası ilə birgə Azərbaycanla həmsərhəd olan Tavuş bölgəsində olub.

APA xəbər verir ki, bu barədə Aİ-nin Monitorinq Missiyasının mətbuat xidməti məlumat yayıb.

"ABŞ səfiri Kristina Kvien Tavuş vilayəti ərazisində patrul xidməti üçün Aİ-nin Monitorinq Missyasına qoşulub. Səfər Missiyanın İcevandakı ofisi tərəfindən həyata keçirilib", - məlumatda qeyd olunub.

Müəllif: Ucnoqta.az redaksiyası