Ucnoqta.az
www.ucnoqta.az

Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə: Bu qadağa ləğv olundu

12:20 - 15 Noyabr 2023 tarixində dərc olunub.

Azərbaycanda sürücülük vəsiqələrində qadınların hicabla fotolarının yerləşdirilməsinə qoyulan qadağa aradan qaldırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Lent.az-a sürücülük vəsiqəsi alan xanımlar məlumat veriblər.

Qeyd edək ki, uzun müddət idi Azərbaycanda şəxsiyyət və sürücülük vəsiqələrində xanımların hicablı fotolarına qadağa qoyulmuşdu. Bu da inanclı insanlar arasında narazılıqla qarşılanıb.

Müəllif: Ucnoqta.az redaksiyası