Ucnoqta.az
www.ucnoqta.az

Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsinin miqyası artıb

22:02 - 14 Noyabr 2023 tarixində dərc olunub.

Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsinin miqyası artmaqda davam edir və vəziyyət təhdidedici xarakter alır

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə “Ermənistan” müxalifət blokundan olan deputat Aqnessa Hamoyan deyib.

“Eyni zamanda, dəhşətli statistikaya baxmayaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizənin yeni strategiyası hələ də hazır deyil və indiki strategiya hələ 2014-cü ildə qəbul edilib”, - Hamoyan bildirib.

2023-cü ilin 10 ayı ərzində 3934 belə cinayət qeydə alınıb. Ötən ilin analoji dövrünün göstəricisi 1631-dir.

“Əslində artım 141% olub. Bunlar isə sadəcə açılmış hallardır”, - deputat qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası