Ucnoqta.az
www.ucnoqta.az

Müəllim AzTU-nu məhkəməyə verdi

19:22 - 14 Noyabr 2023 tarixində dərc olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) baş müəllimi olmuş Azər Hüseynov sözügedən təhsil ocağını məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, Azər Hüseynovun iddiasına Yasamal Rayon Məhkəməsində baxılacaq. 

İş hakim Ayaz Məmmədovun icraatındadır. 

Azər Hüseyunovun iddia tələbi işə bərpa olunması və əmək haqqının ödənilməsi ilə bağlıdır. 

Azər Hüseynovun nə zaman işdən çıxarıldığı bəlli deyil.  AzTU-nun veb-səhifəsində onun adı hələ də baş müəllim kimi qeyd olunur. 

AzTU-nun rektoru Vilayət Vəliyevdir. O, 2019-cu ildən bu vəzifədədir. 

Müəllif: Ucnoqta.az redaksiyası