Ucnoqta.az
www.ucnoqta.az

İstehlaka yararsız 10 tondan çox qida məhsulu məhv edilib

19:35 - 13 Noyabr 2023 tarixində dərc olunub.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Foodini” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş 10,2 ton qida məhsullarını məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Məlumata görə, “Foodini” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə müraciəti əsasında ümumi çəkisi 10,2 ton olan müxtəlif növ qida məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Müəllif: Ucnoqta.az redaksiyası