Ucnoqta.az
www.ucnoqta.az

Bakıda qanunsuz tikililər sökülüb - VİDEO

11:50 - 11 Noyabr 2023 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən verilən məlumata görə, Binəqədi rayonu, Əcəmi Naxçıvani və Ağasadıq Gəraybəyli küçələrində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

Müəllif: Ucnoqta.az redaksiyası