Zaxarova Ermənistanda beynəlxalq komunikasiyanın təhlükəsizliyini təmin etmək üçün MTX bölməsinin yaradılmasına münasibət bildirib
Ucnoqta.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, İrəvanın təşəbbüsü bir çox cəhətdən baş nazir müavinlərinin birgə həmsədrliyi ilə üçtərəfli işçi qrupu çərçivəsində ötən illər ərzində müzakirə edilmiş layihələrlə uzlaşır.
O qeyd edib ki, regionda iqtisadi və nəqliyyat bloklarının açılması prosesi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində mühüm rol oynayır və Cənubi Qafqazın tranzit və logistika potensialının üzə çıxarılmasına töhfə verir.
O, həmçinin xatırladıb ki, üçtərəfli bəyanata əsasən, sərhəd nəzarəti Rusiya FTX-nin sərhəd xidməti tərəfindən həyata keçirilməlidir.