Ucnoqta.az
www.ucnoqta.az

Bu ərazilərdə su kəsiləcək

19:34 - 6 Noyabr 2023 tarixində dərc olunub.

Bakının Səbail rayonunun Şıx, Bibiheybət qəsəbələri və 20-ci sahə ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Ucnoqta.az  xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məhdudiyyətlərə səbəb su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.

Agentlik yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

Müəllif: Ucnoqta.az redaksiyası