Ucnoqta.az
www.ucnoqta.az

Bakıda yeni metrostansiyanın çıxışının tikintisinə başlanılacaq

16:08 - 6 Noyabr 2023 tarixində dərc olunub.

Nəsimi rayonu, C. Məmmədquluzadə küçəsində inşa olunan şərti adı "B04" metrostansiyasının tikintisi başa çatdıqdan sonra 15000 m² yaşıllıq sahəsinin salınması planlaşdırılır.

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmədə "Bakı Metropoliteni" QSC-nin Perspektiv inkişaf və əsaslı tikintiyə nəzarət departamentinin rəis müavini Nişat Həmidov deyib. O bildirib ki, sahədə 400-ə yaxın kol bitkisi, 200-a yaxın ağac, 300-ə yaxın mövsumi güllərin əkilməsi, ümumilikdə 15000 m² yaşıllıq sahəsinin salınması planlaşdırılır.

"Yaxın zamanda "B04" stansiyasının 4 çıxışının tikintisinə başlanılacaq. Həmin stansiyanın 2 çıxışında ağacların köçürülməsi ilə bağlı layihə hazırlanıb", - deyə o qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası