Ucnoqta.az
www.ucnoqta.az

Bakıya qış soyuğu gəlir - Bu tarixdən...

20:40 - 5 Noyabr 2023 tarixində dərc olunub.

Bakıda və Abşeron yarımadasında hava şəraiti noyabrın 10-dan etibarən kəskin dəyişəcək.

Ucnoqta.az baku.ws-ə istinadən bildirir ki, noyabrın 10-u paytaxtda və yarımadada möhkəm külək əsəcək.

Havanın temperaturu gündüz 16 dərəcə, gecə isə 9 dərəcəyədək enəcək.

Noyabrın 11-dən küləyin sənginəyəcəyi və havanın temperaturunun isə tədricən yüksələcəyi gözlənilir.

Müəllif: Ucnoqta.az redaksiyası