Ucnoqta.az
www.ucnoqta.az

Ronaldo ukraynalı boksçu ilə zarafat edib

16:41 - 3 Noyabr 2023 tarixində dərc olunub.

Sosial şəbəkələrdə portuqaliyalı futbolçu Kriştiano Ronaldo ilə ukraynalı boksçu Aleksandr Usikin gülməli dialoqunu əks etdirən video yayılıb.

Ucnoqta.az xəbər verir ki, idmançılar oktyabrın 28-də Ər-Riyadda britaniyalı Tayson Fyuri ilə kamerunlu Frensis Nqannu arasında keçirilən boks görüşündə qarşılaşıblar.

Ronaldo ukraynalıya ingilis dilini bilməsi ilə bağlı troll edib. Müsahibələrinin birində “Özünüzü necə hiss edirsiniz?” sualına Usik belə cavab verib:

“Mən hiss edirəm. Mən çox hiss edirəm".

Görüşdükləri zaman Ronaldo cavabına istinad edərək Usikə deyib:

“Özümü hiss edirəm”. Ukraynalı cavab verdi: "Özümü çox hiss edirəm".

Bundan sonra idmançılar gülüblər.

Müəllif: Ucnoqta.az redaksiyası