Ucnoqta.az
www.ucnoqta.az

Hava limanı ekspress avtobus marşrut xəttinin hərəkət qrafiki dəyişib

11:38 - 3 Noyabr 2023 tarixində dərc olunub.

Hava limanı ekspress avtobus marşrut xəttinin hərəkət qrafikində dəyişiklik edilib.

Ucnoqta.az "Bakubus" MMC-ə istinadən xəbər verir ki, ekspress avtobuslarının intervalı 1 saatdan 30 dəqiqəyə endirilib.

“Hava limanı ekspress marşrut xəttinin hərəkət qrafikində dəyişiklik edildi. Sizdən daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq ekspress avtobuslarının intervalı 1 saatdan 30 dəqiqəyə endirildi, müvafiq olaraq bu marşrut xətti üzrə hərəkət edən avtobusların sayı artırıldı”, - məlumatda qeyd olunub.

Müəllif: Ucnoqta.az redaksiyası