Ucnoqta.az
www.ucnoqta.az

ABŞ Kadırovun qardaşı oğluna sanksiya tətbiq edib

21:01 - 2 Noyabr 2023 tarixində dərc olunub.

ABŞ Maliyyə Nazirliyinin sənədlərinə əsasən, ABŞ Çeçenistan Respublikası parlamenti sədrinin birinci müavini Salman Zakriyevə qarşı sanksiyalar tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Sanksiya siyahısına Zakriyevin oğlu, “Danone Russia” ASC-nin baş direktoru Yakub da daxil edilib.

Dövlət Departamenti həmçinin “Rusiya öz ərazisindəki aktivləri ələ keçirdikdən sonra Avropa şirkətinin Rusiya bölməsinin rəhbəri təyin edilmiş Çeçenistan rəhbəri Ramzan Kadırovun qardaşı oğlu, Salmanın yetkin oğlu Yakub Salmanoviç Kadırova qarşı da sanksiyalar tətbiq edilib. 

Müəllif: Ucnoqta.az redaksiyası