Ucnoqta.az
www.ucnoqta.az

Gəncə və Tovuzda məktəbli qızlar itkin düşdü

09:30 - 27 Oktyabr 2023 tarixində dərc olunub.

Gəncə və Tovuzda 14 yaşlı qızlar itkin düşüb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Gəncə şəhəri Xətai prospektində yaşayan, 2009-cu il təvəllüdlü Türkan Qurbanova ötən gün yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Tovuzun Aşağı Quşçu kənd sakini, 2009-cu il təvəllüdlü Gülay Bayramova da ötən gün yaşadığı evdən naməlum istiqamətə gedərək itkin düşüb.

Hər iki fakt üzrə araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası