Ucnoqta.az
www.ucnoqta.az

"Toyota" Hindistanda istehsal gücünü artırmağı planlaşdırır

12:07 - 26 Oktyabr 2023 tarixində dərc olunub.

Yaponiyanın avtomobil istehsalçısı "Toyota Motor Corporation" Hindistanda istehsal gücünü genişləndirmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə PTI agentliyi şirkətin icraçı vitse-prezidenti Yoiçi Miyazakiyə istinadən məlumat yayıb.

Bildirilir ki, "Toyota" Hindistanda tam gücün istifadəsinə çatdı və onun genişləndirilməsi prosesinə başlayır. 

Məlumata görə, "Toyota" və onun hindistanlı tərəfdaşı "Kirloskar Motor" Hindistanda üçüncü zavodunu açmağa hazırlaşır. Onun planlaşdırılan tikintisi Hindistanda yerli istehsal olan Toyota avtomobillərinə tələbatın artması ilə əlaqədardır.

Müəllif: Ucnoqta.az redaksiyası