44 günlük Vətən müharibəsi iştirakçısı, peşəkar idmançı qazi Azər Ağazadə bu gün vəfat edib
Ucnoqta.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Lənkəranın Şıxakəran kəndindən olan qazimiz Qubadlı, Zəngilan, Füzuli və Xocəvəndin azad olunmasına görə medalları ilə təltif olunub.