Ucnoqta.az
www.ucnoqta.az

Pakistan orta mənzilli "Gauri" raketini sınaqdan keçirib

11:00 - 25 Oktyabr 2023 tarixində dərc olunub.

Pakistan nüvə başlığı daşıya bilən orta mənzilli “Ghauri” ballistik raketini sınaqdan keçirib.

Ucnoqta.az xəbər verir ki, Müdafiə Nazirliyinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, sınaq Pakistan Ordusunun Strateji Qüvvələr Komandanlığının əməliyyat və texniki hazırlığını yoxlamaq məqsədilə keçirilib.

"Gauri" sınağı Pakistanın nüvə başlığı ilə təchiz oluna bilən orta mənzilli Ababil raketini uğurla sınaqdan keçirməsindən bir həftə sonra baş verib.

“Qauri” birpilləli maye yanacaqla işləyən raketdir və 1,3 min km məsafəni qət edə bilir. Bu, Hatf-V raketinin modifikasiyasıdır. Gaurinin ilk sınaqları 1998-ci ilin aprelində baş tutub.

Müəllif: Ucnoqta.az redaksiyası