Ucnoqta.az
www.ucnoqta.az

“Uşaq pulu ilə bağlı tələb yetərincə deyil" - Ekspert

10:20 - 25 Oktyabr 2023 tarixində dərc olunub.

"Hökumət uşaq pulunun verilməsini ağır yük hesab edir, ona görə də bu məsələnin reallaşmasında maraqlı deyil".

Ucnoqta.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, tələb yetərincə və istənilən səviyyədə deyil: "Buna görə də məsələyə laqeyd yanaşılır".

Ekspert qeyd edib ki, hökumət uşaq pulu verməlidir: "Bu uşaqlar vaxtında hərbi xidmətə gedib vətənə borc verir. Dövlət nəzərə almalıdır ki, bu gün çoxlu sayda işsizlər, kasıblar var. Həmin ailələrin evində çoxlu sayda uşaqlar var".

Müəllif: Ucnoqta.az redaksiyası