Ucnoqta.az
www.ucnoqta.az

Polislərlə bağlı qərara dəyişiklik

16:22 - 24 Oktyabr 2023 tarixində dərc olunub.

Baş nazir Əli Əsədov “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Ucnoqta.az xəbər verir ki, sözügedən qərarın 1.3-cü bəndində “Polis Akademiyasının” sözləri “xüsusi təyinatlı təhsil müəssisələrinin əməkdaşı olan” sözləri ilə əvəz edilib.

Müəllif: Ucnoqta.az redaksiyası