Ucnoqta.az
www.ucnoqta.az

Şəmkirdə azyaşlını avtomobil vuraraq öldürüb

12:35 - 24 Oktyabr 2023 tarixində dərc olunub.

Şəmkir rayonunda azyaşlı piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, Şəmkir rayon Sabirkənd kəndi ərazisində VAZ-2107 markalı avtomobil kənd sakini, 2018-ci il təvəllüdlü S.Məmmədovu vurub.

Nəticədə ağır xəsarətlər alan azyaşlı hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası