Ucnoqta.az
www.ucnoqta.az

Ronaldo Nqannouya 130 min dollarlıq saat hədiyyə edib - FOTO

12:08 - 24 Oktyabr 2023 tarixində dərc olunub.

Keçmiş UFC çempionu oktyabrın 28-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Tayson Fyuri ilə boks döyüşü keçirəcək.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş UFC ağır çəki çempionu Francis Ngannou İnstaqram səhifəsində Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun futbolçusu Kriştiano Ronaldonun ona məhdud kolleksiyasından saat hədiyyə etdiyini bildirib.

“Mən yeni saatımı Ər-Riyaddakı döyüşdən əvvəl götürdüm. Jacob & Co və qardaşım Kristiano Ronaldoya təşəkkür edirəm" - deyə paylaşım edib.

Bildirilir ki, belə saatların qiyməti təxminən 500 min Səudiyyə riyalı (133 min dollar) təşkil edir.

Müəllif: Ucnoqta.az redaksiyası